Start Your İmpossible Aktivləşdirmə ştatda olan bütün işçilər üçün açıqdır. Müvəqqəti işçilərin, təcrübəçilərin və podratçıların iştirakı hər bir şirkətin öz qərarından asılıdır. Daha ətraflı məlumat əldə etmək üçün SYI Aktivləşdirmə koordinatorunuza müraciət etməyiniz xahiş olunur. Parisdə keçiriləcək 2024 Paralimpiya Oyunlarına getmək imkanı qazanan işçilərin Oyunların keçirildiyi vaxt Toyota ilə əmək müqaviləsi olmalıdır.SYI Aktivləşdirmədə iştirak etmək üçün smartfondan istifadə tələb olunur.
Parisdə keçiriləcək 2024 Paralimpiya Oyunlarına gedəcək işçilər başlıca olaraq xal dərəcələri əsasında müəyyən ediləcəkdir (şirkətdən asılı olaraq, ya şirkət səviyyəsində, ya da komanda səviyyəsində).
İşçilərin sayı müəyyən xal həddinə çatdıqdan sonra (BURADA HƏDDİ QEYD EDİN) 2024-cü ildə püşkatma yolu ilə müəyyən ediləcək ki, bu da işçilərin istənilən vaxt Aktivləşdirməyə qoşulmasına imkan verəcəkdir.
Xallar oyunda iştiraka və tapşırıqların yerinə yetirilməsinə görə verilir. Sınaq çərçivəsində tətbiqdə qeyd olunan hər bir fəallıq üçün xallar fəallığın müddətindən asılı olaraq hesablanır.Sınaq yerinə yetirildikdə, bonus xalları aşağıdakı şəkildə verilir (İdman tapşırıqları istisna olmaqla):
Sorğu = 300 xal
Düşüncə tərzinin dəyişməsi = 1000 xal
Könüllü iş = 1000 xal
Aktivləşdirmə müddətində hər bir sınağın bir və ya bir neçə qalibi müəyyən ediləcək. Qalib(lər)in müəyyənləşdirilməsi ya tətbiq vasitəsilə ("ölçülə bilinən" sınaqlar olduqda), ya da sınağın sonunda Avtivləşdirmə koordinatoru tərəfindən keçirilən püşkatma yolu ilə həyata keçiriləcəkdir.
Aktivləşdirmə müddətində keçiriləcək hər bir sınağın qalib(lər)inə mükafatlar veriləcəkdir. Bu mükafatlar şirkətdən şirkətə dəyişərək fərqli olacaqdır.